Kanalizasiyaya düşən şəxs və onu xilas etməyə çalışan FHN əməkdaşının - Acınacaqlı sonu

Kanalizasiyaya düşən şəxs və onu xilas etməyə çalışan FHN əməkdaşının - Acınacaqlı sonu
SOSİAL
16:50 18.07.2017
17981
Sumqayıt şəhərində kanalizasiya quyusuna düşən şəxs ölüb.
 
APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən bir əməkdaşı da qazdan boğularaq dünyasını dəyişib, daha üç əməkdaş isə zəhərlənib.
 
Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər.   
 
Ölənlərin və zəhərlənənlərin şəxsiyyəti müəyyənləşdirilir.
 
Sumqayıt şəhər Səhiyyə İdarəsindən APA-ya verilən məlumata görə, zəhərlənən şəxslərə tibbi yardım göstərilir.
 
Onlardan ikisinin vəziyyəti ağırdır.
OXŞAR XƏBƏRLƏR