Kapital Bank “Baku International HR Forum”da iki mükafata layiq görüldü

Kapital Bank “Baku International HR Forum”da iki mükafata layiq görüldü
İQTİSADİYYAT
10:40 01.02.2022
2314

28 yanvar 2022-ci il tarixində "Baku Marriott Hotel Boulevard"da növbəti "Baku International HR Forum" keçirilib. Kapital Bank-ın baş sponsorluğu ilə keçirilən tədbirdə ölkənin ən qabaqcıl şirkətləri və insan resursları sahəsində olan peşəkar menecerlər iştirak edib.

Forum zamanı əsasən 3 mövzu ətrafında müxtəlif fikir mübadilələri aparılıb: "İnsan kapitalının inkişafı", "Gələcək innovasiyalar" və "CEO-ların HR-dan gözləntiləri". Tədbirdə Kapital Bank-ın İdarə Heyəti sədrinin 1-ci müavini Fərid Hüseynov və İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova əsas spiker qismində çıxış edərək öz təcrübələri ilə bölüşüblər, həmçinin iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Tədbirin sonunda ölkənin bir sıra iri şirkətləri xüsusi mükafatlara layiq görülüb. Kapital Bank da 2 nominasiya üzrə - "Ən yaxşı transformasiya strategiyası" və "Ən yaxşı KSM strategiyası" ("Qırmızı Ürəklər" Fondu) xüsusi mükafat alıb.

Qeyd edək ki, "Baku International HR Forum" insan resursları sahəsinin təsir gücünə malik peşəkar nümayəndələri bir araya gətirərək, bu sahədə dünyada tətbiq olunan yeniliklər, müasir innovasiyalar və texnologiyanın inkişafı, fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən bir qlobal forumdur. Tədbirin təşkilatçısı Azərbaycan İnsan Resursları İnstitutudur.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 104 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/krdt, BirKart sifarişi üçün - https://kbl.az/tkstcrd.

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda "İstilik enerjisindən istifadə qaydaları" hazırlanacaq
17:02 14.07.2025
Azərbaycanda "İstilik enerjisindən istifadə qaydaları" hazırlanacaq
İsti hava şəraiti bu vaxtadək davam edəcək
16:54 14.07.2025
İsti hava şəraiti bu vaxtadək davam edəcək
Binəqədi rayonunda abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR
16:51 14.07.2025
Binəqədi rayonunda abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
16:32 14.07.2025
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
ABŞ-də qocalar evində yanğın -9 nəfər öldü
16:28 14.07.2025
ABŞ-də qocalar evində yanğın -9 nəfər öldü
"Azərbaycan öz maraqlarını qorumaq üçün bu addımı atıb" - Azər Həsrət
16:20 14.07.2025
"Azərbaycan öz maraqlarını qorumaq üçün bu addımı atıb" - Azər Həsrət
İran: BMT sanksiyalarının bərpası mexanizmi işə salınarsa, biz buna cavab verəcəyik
16:00 14.07.2025
İran: BMT sanksiyalarının bərpası mexanizmi işə salınarsa, biz buna cavab verəcəyik
Vüqar Rəhimzadə: “Suriya-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyur”
15:59 14.07.2025
Vüqar Rəhimzadə: “Suriya-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyur”
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
15:52 14.07.2025
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat açıqladı
15:21 14.07.2025
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat açıqladı
Azərbaycanlı bloqer Rusiyada axtarışa verildi - Həbs oluna bilər
15:08 14.07.2025
Azərbaycanlı bloqer Rusiyada axtarışa verildi - Həbs oluna bilər
Bank Respublika ölkənin bank sektorunun liderlərindən biri statusunu bir daha təsdiqlədi
15:05 14.07.2025
Bank Respublika ölkənin bank sektorunun liderlərindən biri statusunu bir daha təsdiqlədi
Bank kartından oğurluq və dələduzluq edən şəxslər saxlanılıblar
14:55 14.07.2025
Bank kartından oğurluq və dələduzluq edən şəxslər saxlanılıblar
Ceyhun Qala: "Artıq mahnılarımı hədiyyə etmirəm"
14:48 14.07.2025
Ceyhun Qala: "Artıq mahnılarımı hədiyyə etmirəm"
Rəngli talelər: Cəsurlar, çəkingənlər…
14:31 14.07.2025
Rəngli talelər: Cəsurlar, çəkingənlər…
"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik"
14:29 14.07.2025
"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik"