Kapital Bank əməkdaşları Azərbaycan Banklar Assosiasiyasının üzvlərinin iştirakı ilə həyata keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak ediblər.
AZXEBER.COM xəbər verir ki, onlarla maliyyə institutunun əməkdaşlarını bir araya gətirən layihə Bakı şəhəri Müşfiqabad qəsəbəsində yerləşən ərazidə həyata keçirilib. Aksiya zamanı ərazinin iqlim şəraitinə uyğun ümumilikdə 625 ədəd Eldar şamı və zeytun ağacları əkilib.
Qeyd edək ki,
aksiya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası,
Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası,
Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex
Assosiasiyası arasında 13 mart 2023-cü il tarixində "Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri
üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”u çərçivəsində baş tutub. Memoranduma
əsasən 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla,
ümumilikdə 1 000 000 ağacın əkilməsi nəzərdə tutulub. Layihə həmçinin ekoloji
dayanıqlılığın dəstəklənməsi məqsədi ilə həyata keçirilir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda
ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq
üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın
müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti
sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı
sifarişi üçün — https://kbl.az/prcrc.