Kapital Bank-ın dəstəyi ilə “Mədəni irsə yeni baxış” sərgisinə start verildi - FOTOLAR

Kapital Bank-ın dəstəyi ilə “Mədəni irsə yeni baxış” sərgisinə start verildi - FOTOLAR
İQTİSADİYYAT
11:26 25.01.2023
348

24 yanvar 2023-cü il tarixində Milli Xalça Muzeyində Azərxalça, "AFFFAİR” və Azərbaycan Milli Xalça Muzeyinin birgə əməkdaşlığı ilə "Mədəni irsə yeni baxış” xalça sərgisinə start verildi.

 

AZXEBER.COM xəbər verir ki, PAŞA Holding-in, Kapital Bank-ın və PAŞA Bank-ın tərəfdaşlığı ilə baş tutan sərgi 10 fevraladək davam edəcək. Sərginin açılış mərasimində ictimai və siyası xadimlər, incəsənət nümayəndələri və məşhur xalçaçı sənətkarlar iştirak edib.


 

Sərgidə AFFFAIR markasının təsisçisi, dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayılın Azərbaycan Milli Xalça Muzeyində və Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajı Muzeyində saxlanılan bir sıra xalçaları nümayiş olunacaq. Kolleksiyaya daxil olan 5 xalça nümunəsinin hər birindən məhdud sayda, cəmi 25 ədəd istehsal olunub. Bu müasir xalça nümunələrinin hərəsindən bir ədəd isə mədəni irsin qorunması, müasirləşməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına hədiyyə edilib.

 

 

Qeyd edək ki, müasir xalça kolleksiyasının əsas ideyası Azərbaycan xalçasının sönməz sənət mənbəyi, ailə ocağının bəzəyi, interyerə xüsusi enerji verən nadir incəsənət nümunəsi olduğunu göstərməkdir. Qarabağ zəfərinə həsr olunan, Azərbaycan xalçalarından, xüsusilə də Qarabağ xalçaçılıq məktəbindən ruhlanaraq ərsəyə gələn layihənin məqsədi həm də tarixi ənənələri müasir istiqamətlərdə yaşatmaqdır.

 

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb
11:38 15.09.2025
Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb
Zamiqin oğlu birinci sinifə getdi - FOTOLAR
11:36 15.09.2025
Zamiqin oğlu birinci sinifə getdi - FOTOLAR
Prezident Xocalı rayonunun Badara kəndində olub - FOTOLAR
11:34 15.09.2025
Prezident Xocalı rayonunun Badara kəndində olub - FOTOLAR
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
11:32 15.09.2025
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
11:30 15.09.2025
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR