"Kapital Bank-ın kredit portfeli sağlamdır"

İQTİSADİYYAT
17:25 17.05.2024
258
Xəbər veridiyimiz kimi, bu gün Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı keçirilib.

AZXEBER.COM xəbər verir ki, mətbuat konfransında çıxış edən bankı İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı Cavid Mirzəyev "Problemli kreditlərlə bağlı nə deyə bilərsiniz? Bu mövzu bankın portfelində hansı həcmdə yer turur?" sualına belə cavab verib:
 
"Kapital Bank-ın kredit portfeli sağlamdır. Bunu rəqəmlər və göstəricilərə əsasən deyirəm. 2023-cü ildə problemli kredit portfelin ümumi portfelə nisbəti 2.04% dir. (2022-ci ildə 2%)

Əgər kredit portfelini müştəri əsasında təhlil etsək, deyə bilərəm ki, dövlətlə bağlı müəssisələrə verilmiş kreditlər üzrə göstəricimiz 0.02% olmaqla minimum həddədir. Bu rəqəm 2022-ci illə müqayisədə dəyişməyib. Fərdi sahibkarlara verilmiş kreditlər üzrə problemli kredit portfelində 2022-ci illə müqayisədə kifayət qədər sağlamlaşma müşahidə olunur. Belə ki, bu seqment üzrə portfelin yalnız 1.53%-ü problemli kreditlərdən ibarətdir. Özəl müəssisələr üzrə kredit portfelinin 1.37%-i , fiziki şəxslər üzrə kreditlərin isə 3.28%-i problemli kreditlərin payına düşür. Bu göstəricilər isə kifayət qədər sağlam portfelə sahib olduğumuzu deməyə əsas verir" deyə bildirb. 


OXŞAR XƏBƏRLƏR