Kapital Bank-la “Ürəklər” toplayıb, hədiyyə qazanın!

İQTİSADİYYAT
10:30 12.11.2018
1987

Kapital Bank BirBank tətbiqi istifadəçiləri üçün növbəti yeniliyini təqdim edib. Artıq tətbiqin istifadəçiləri POS terminal, İnternet və BirBank vasitəsilə ödənişlər edərək, "ürək” qismində olan bonuslar qazana bilərlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.

AZXEBER.COM xəbər verir ki, BirBank vasitəsilə Kapital Bank-a aid olan kartlarla yanaşı, digər istənilən bankların kartları ilə də ödənişlər edib, bu proqrama qoşulmaq mümkündür. Bonusların hesablanması qaydası ilə saytdan tanış ola bilərsiniz – www.kapitalbank.az/tariffs.

Qeyd edək ki, BirBank-a qoşulmaq istəyənlər 1 dəqiqə vaxt sərf edərək, istənilən ödəniş kartı ilə onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə yalnız Kapital Bank-ın ödəniş kartlarını deyil, digər bankların kartlarını da əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s.

OXŞAR XƏBƏRLƏR