Kapital Bank “Uşaqların internet təhlükəsizliyi” layihəsində iştirak etdi

Kapital Bank “Uşaqların internet təhlükəsizliyi” layihəsində iştirak etdi
İQTİSADİYYAT
10:21 02.11.2018
2998
Kapital Bank, sosial yönümlü fəaliyyətinə uyğun olaraq Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilən "Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində yaradılan "Valideyn-internet təhlükəsizliyi və nəzarət” proqramına (kidsafe) dəstək göstərib. Layihə əsasında uşaqların internetdən daha təhlükəsiz istifadə etməsi üçün xüsusi tətbiq hazırlanıb, istifadəyə verilib.

AZXEBER.COM xəbər verir ki, bu münasibətlə 1 noyabr 2018-ci il tarixində Kapital Bank ilə Dövlət Komitəsi arasında memorandum imzalandı. İmzalanma mərasimində Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iştirak edib.

"Son illər rəqəmsallaşma tendensiyaya çevrilib və hamı bu istiqamətdə müəyyən işlər görür. Amma bu zaman uşaqların təhlükəsiz internetdən istifadəsini də unutmamalıyıq. Bunu nəzərə alıb, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə "Uşaqların təhlükəsiz interneti” layihəsində iştirak etdik. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, həmçinin onların daxil olduğu elektron səhifələr və sorğular barədə valideynlərin məlumatlandırılmasına xidmət edir. Hesab edirəm ki, sadalanan problemlərin aradan qaldırılması, uşaqların inkişafına və təhsilinə müsbət təsir göstərəcək”, - deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

Qeyd edək ki, yeni tətbiqi www.kidsafe.az saytından yükləmək olar. Uşaqların proqramdan istifadəsi zamanı keylogger sistemi işə düşəcək və onların daxil olduqları vebsaytlar, proqramlar, həmçinin digər məlumatlar qeyd edilərək, valideynə ötürüləcək.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Real" Portuqaliya klubunun müdafiəçisi ilə maraqlanır
18:47 02.05.2025
"Real" Portuqaliya klubunun müdafiəçisi ilə maraqlanır
Şolts "Almaniya üçün Alternativ" partiyasını qadağan etməyə tələsməməyə çağırıb
18:34 02.05.2025
Şolts "Almaniya üçün Alternativ" partiyasını qadağan etməyə tələsməməyə çağırıb
Abdolbari Gozalın yerinə o təyin olundu - FOTO
18:31 02.05.2025
Abdolbari Gozalın yerinə o təyin olundu - FOTO
İranın cənub-şərqində son altı ayda 250 silahlı zərərsizləşdirilib
18:26 02.05.2025
İranın cənub-şərqində son altı ayda 250 silahlı zərərsizləşdirilib
Çili sahillərində 7,4 maqnitudalı zəlzələ baş verib
18:16 02.05.2025
Çili sahillərində 7,4 maqnitudalı zəlzələ baş verib
Xocalıda 17 yaşlı oğlanın əlində qumbara partladı - Barmaqlarını itirdi
18:01 02.05.2025
Xocalıda 17 yaşlı oğlanın əlində qumbara partladı - Barmaqlarını itirdi
6 aprel imtahanlarının nəticələri - Ən yüksək balı o topladı
17:46 02.05.2025
6 aprel imtahanlarının nəticələri - Ən yüksək balı o topladı
Orxan Məmmədov: İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin vacib hissəsidir
17:26 02.05.2025
Orxan Məmmədov: İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin vacib hissəsidir
"Global Media Group"un informasiya resurslarına hücum edənlərin bəziləri ölkədəki hotellərdə olublar
17:02 02.05.2025
"Global Media Group"un informasiya resurslarına hücum edənlərin bəziləri ölkədəki hotellərdə olublar
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:00 02.05.2025
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM
16:54 02.05.2025
Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM
Anar Yusub konsert verəcək - VİDEO
16:50 02.05.2025
Anar Yusub konsert verəcək - VİDEO
Elşad Hacıyev: Bank kartlarından oğurluğun qarşısının alınması hər bir şəxsin özündən asılıdır
16:33 02.05.2025
Elşad Hacıyev: Bank kartlarından oğurluğun qarşısının alınması hər bir şəxsin özündən asılıdır
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
16:19 02.05.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Komissiya sədri: "Global Media Group"a məxsus media resurslarına kiberhücum Rusiyadan qaynaqlanıb"
16:13 02.05.2025
Komissiya sədri: "Global Media Group"a məxsus media resurslarına kiberhücum Rusiyadan qaynaqlanıb"
Avropa İttifaqı "TikTok"u 530 milyon avro cərimələdi
16:07 02.05.2025
Avropa İttifaqı "TikTok"u 530 milyon avro cərimələdi