“Kapital Bank”ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

“Kapital Bank”ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
İQTİSADİYYAT
15:39 01.07.2025
516

"Kapital Bank” ASC-nin məhsulyönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi "PO Growth” inkişaf proqramı uğurla başa çatıb. Proqram iştirakçıları məhsulun ideyanın yaranmasından — ilkin tədqiqat və ehtiyacların müəyyənləşdirilməsi mərhələsindən başlayaraq istifadəyə verilməsi və sonrakı post-analiz mərhələsinə qədər olan bütün inkişaf dövrünü əhatəli şəkildə öyrənmək imkanı əldə ediblər.

Proqrama 493 nəfər müraciət edib və onlardan yalnız 33 nəfər seçim mərhələlərini uğurla keçərək layihədə iştirak hüququ qazanıb. 4 ay davam edən proqramda iştirakçılar 5 modul üzrə intensiv təlimlərə cəlb olunub. Təlimlər yalnız nəzəri deyil, həm də praktiki nümunələr, testlər və interaktiv vörkşoplar vasitəsilə iştirakçıların biliklərinin möhkəmləndirilməsi də təmin edilib.

Proqramın fərqləndirici cəhətlərindən biri də ondan ibarət olub ki, iştirakçılar yalnız biznes sahəsində deyil, texniki aspektlər üzrə də məlumatlandırılıblar. Onlara məhsulun inkişafında sistemli yanaşma və müştəri ehtiyaclarının düzgün təhlili ilə bağlı praktiki biliklər qazandırılıb. Eyni zamanda liderlik, komanda işi və effektiv ünsiyyət kimi yumşaq bacarıqlar da proqram çərçivəsində inkişaf etdirilib.

Təlimlər "Kapital Bank”ın müxtəlif sahələrindən olan təcrübəli rəhbər heyət üzvləri, məhsul sahibləri və çevik idarəetmə üzrə ixtisaslaşmış peşəkarlar tərəfindən keçirilib. Bu isə iştirakçılara real təcrübədən öyrənmək və bütün suallarına əhatəli cavab almaq fürsəti yaradıb.

"Kapital Bank” ölkəmizdə çevik idarəetmə metodologiyasını ("Agile”) tətbiq edən ilk maliyyə qurumlarından biridir. 2018-ci ildən bu yanaşmanı daxili proseslərinə inteqrasiya edən bank, bu gün məhsul komandalarının fəaliyyətini daha operativ və müştəriyönümlü şəkildə təşkil edir. Çevik idarəetmə komandalararası əməkdaşlığı gücləndirir, qərarların sürətli qəbuluna və innovativ həllərin daha tez tətbiqinə imkan yaradır.

Ölkənin I bankı olan "Kapital Bank” "PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün –  https://kbl.az/prgtk, "Birbank” kartı sifarişi üçün –  https://kbl.az/prcrc.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mehriban Əliyeva və Arzu Əliyeva Hayha çayında gəmi gəzintisində iştirak ediblər - FOTOLAR
17:26 01.09.2025
Mehriban Əliyeva və Arzu Əliyeva Hayha çayında gəmi gəzintisində iştirak ediblər - FOTOLAR
"Hindistanın Azərbaycana qarşı bu səyləri heç bir nəticə verməyəcək"
17:16 01.09.2025
"Hindistanın Azərbaycana qarşı bu səyləri heç bir nəticə verməyəcək"
Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatıb
17:14 01.09.2025
Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatıb
Reklam bazarında yeni mübarizə: “Kimsə pul qazanmalıdır deyə camaat zəhərlənməlidir?!” - VİDEO
17:09 01.09.2025
Reklam bazarında yeni mübarizə: “Kimsə pul qazanmalıdır deyə camaat zəhərlənməlidir?!” - VİDEO
"Hindistanın bizə qarşı etdiyi yaramazlıq qətiyyən cavabsız qalmayacaq" - Deputat
17:00 01.09.2025
"Hindistanın bizə qarşı etdiyi yaramazlıq qətiyyən cavabsız qalmayacaq" - Deputat
Ərdoğan və Pezeşkian Çində görüşüb
16:38 01.09.2025
Ərdoğan və Pezeşkian Çində görüşüb
Abşeronda polisindən əməliyyatlar - 5 kq narkotik vasitə aşkarlanıb
16:31 01.09.2025
Abşeronda polisindən əməliyyatlar - 5 kq narkotik vasitə aşkarlanıb
Unibank müəllimlər üçün 0 % komissiyalı kredit kampaniyası keçirir
16:25 01.09.2025
Unibank müəllimlər üçün 0 % komissiyalı kredit kampaniyası keçirir
Kreml: Von der Leyenin təyyarəsinin GPS sistemindəki nasazlığın Rusiyaya aidiyyəti yoxdur
16:09 01.09.2025
Kreml: Von der Leyenin təyyarəsinin GPS sistemindəki nasazlığın Rusiyaya aidiyyəti yoxdur
Elyanə bu telekanalda aparıcılıq edəcək
16:05 01.09.2025
Elyanə bu telekanalda aparıcılıq edəcək
“Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır”
16:03 01.09.2025
“Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır”
Beyləqanda yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olundu
16:00 01.09.2025
Beyləqanda yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olundu
Ərdoğan: Qəzzada vəhşiliyin dayandırılmamasının heç bir izahı yoxdur
15:59 01.09.2025
Ərdoğan: Qəzzada vəhşiliyin dayandırılmamasının heç bir izahı yoxdur
Qurban Qurbanovun oğlunun toyudur
15:41 01.09.2025
Qurban Qurbanovun oğlunun toyudur
 İlham Əliyev: Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır
15:34 01.09.2025
İlham Əliyev: Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır
Prezident: Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi 90 faiz artıb
15:34 01.09.2025
Prezident: Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi 90 faiz artıb