KapitalBank əhalinin cibinə girir

İQTİSADİYYAT
11:55 30.07.2012
3980
Pensiya və müavinətlərini kart vasitəsilə alan vətəndaşların kartlarından oğurluq edən kimlərdir?Ötən günilginc bir məlumat əldə etmişik. Belə ki, əvvəllər əhaliyə, xüsusən də pensiya və müavinətləri kredit kartlar vasitəsilə alan vətəndaşlara bu kartları Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələri təqdim edirdilər. Və bu kartların hazırlanması da məhz dövlət hesabına ödənilirdi. Respublika üzrə bütün kartlar da yalnız KapitalBank tərəfindən həyata keçirilirdi. Belə ki, yerli DSMF şöbələri öz ərazilərində yaşayan pensiya və müavinət alanların siyahısını KapitalBanka təqdim edir, bank da siyahıya müvafiq olaraq, kartları hazırlayıb DSMF-in yerli şöbələrinə göndərirdi.Lakin son aylar kartların hazırlanmasını və vətəndaşlara təqdim edilməsini KapitalBank özü həyata keçirməyə başlamışdır. Bunun da səbəbi “gözəgörünməyən” böyük pulların yığılmasıdır. Daha doğrusu, əhalidən kiçik miqdarda oğurluq edilməsidir. Məsələ burasındadır ki, hər ay hər bir rayonda minlərlə vətəndaş yeni pensiya kartı alır, minlərlə vətəndaşın kartının istifadə müddəti bitir və ya itir ki, nəticədə KapitalBank hər ay onminlərlə vətəndaşa yeni kart hazırlamalı olur. Hər yeni hazırlanmış karta görə isə qanunda nəzərdə tutulmayan məbləğ çıxılır. KapitalBankın bəzi şöbələrində bu məbləğ 3 AZN, bəzilərində isə hətta 5 AZN məbləğində olur. İlk dəfə pensiya kartı alan vətəndaşlar sevindiyindən bəzən bu xırda itkiyə fikir belə vermirlər. Əksinə, bu itkinin hansı səbəbdən baş verdiyini öyrənməyə çalışan vətəndaşlara isə KapitalBank əməkdaşlarının cavabı birmənalı olur: “Bank kartın hazırlanmasına görə, həmin xırda məbləği pensiyadan çıxıb”.Bu məsələ ilə bağlı danışan Alıyev Hikmət adlı 65 yaşlı bir vətəndaş 3 manatın KapitalBank tərəfindən silinməsini normal qarşıladığını desə də, qanunda bucür ödənişin nəzərdə tutulmadığını biləndə, təəccüb etdi. Bucür vətəndaşların onminlərlə olduğunu nəzərə alsaq, KapitalBankın ayrı-ayrı şöbələrinin əməkdaşları tərəfindən hər ay minimum 10-15 min AZN məbləğində pulun oğurlandığını təsəvvür etmək heç də çətin deyil.

Bu oğurluq isə sadə bir qaydada həyata keçirilir. KapitalBankın ayrı-ayrı şöbələrinin rəhbərlərinin göstərişi ilə yeni kart almış vətəndaşların kartları elə həmin şöbədə quraşdırılmış bankomatlara daxil edilir və hər bir kartdan 3 və ya 5 AZN məbləğində pul çıxılır. Həmin an bankomatlardakı video müşahidə sistemi söndürülür ki, sonradan araşdırılma aparılarkən bir sübut-dəlil tapmaq mümkün olmasın. Əlimizdə konkret KapitalBankın hansı şöbələrində bucür “əməliyyatların” aparılması ilə bağlı tutarlı məlumatlar mövcuddur. Növbəti yazılarda həmin şöbələrin və əməkdaşlarının adları da açıqlanacaq.

/// presspost.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq