"Kara Sevda"nın Nihanı Bakıya gəlir

"Kara Sevda"nın Nihanı Bakıya gəlir
MAQAZİN
17:06 16.10.2017
2596

Türkiyənin məşhur aktrisası Neslihan Atagül Bakıya gələcək.

AZXEBER.COM-un məlumatına görə, aktrisanın səfəri noyabrın 3-də olacaq.

Neslihanın gəlişinin məqsədi "Altın kelebek mükafatları” çərçivəsində keçirilən "Möcüzə gecəsi”nə qatılmaqdır. Məşhurlarımızın da iştirakı edəcəyi tədbirdə 2500 nəfər yer alacaq.

Mükafata namizəd olan müğənnilər aktrisanın da yer alacağı gecədə konsert verəcəklər. Tədbir gecə klublarından birində baş tutacaq. Ölkəmiz üçün ayrılmış kateqoriya "2017-ci ildə Azərbaucanın ən parlaq ulduzu”dur. Bu nominasiyaya namizəd olan 3 nəfərdən biri dekabrın 10-da keçiriləcək mərasimdə qalib seçiləcək.

OXŞAR XƏBƏRLƏR