Əhliman Əmiraslanovun sədrliyi ilə Səhiyyə komitəsinin ilk iclası keçirildi - FOTOLAR

Əhliman Əmiraslanovun sədrliyi ilə Səhiyyə komitəsinin ilk iclası keçirildi - FOTOLAR
SOSİAL
10:34 18.09.2026
63

Milli Məclisin Səhiyyə komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.


AZXEBER.COM xəbər verir ki, iclası açan komitə sədri Əhliman Əmiraslanov yeni sessiyada komitənin fəaliyyətinə uğurlar arzulayıb və gündəliyə iki məsələnin daxil edildiyini bildirib.


İclasda ilk olaraq 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Səhiyyə komitəsinin fəaliyyəti barədə məlumat verilib.


Bildirilib ki, ötən sessiya ərzində komitənin 11 iclası keçirilib və 13 məsələyə baxılıb. Komitə sədrinin qəbul günlərində 500 vətəndaş qəbul edilib.


Vətəndaşların müraciətləri dinlənilib və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımlar atılıb.


Bununla yanaşı, sessiya ərzində komitəyə daxil olan ərizə və məktublara baxılıb, onların həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib.


Daha sonra Səhiyyə komitəsinin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi təqdim edilib.


Əhliman Əmiraslanov bildirib ki, iş planında payız sessiyası ərzində komitəyə daxil olacaq qanun layihələrinə baxılması, vətəndaşlardan daxil olan müraciətlərin araşdırılması, müvafiq ictimai dinləmələrin keçirilməsi və digər məsələlər nəzərdə tutulub.


Müzakirələr zamanı komitə üzvləri Günay Əfəndiyeva, İlham Məmmədov, Soltan Məmmədov, Müşfiq Məmmədli, Məlahət İbrahimqızı, Pərvanə Vəliyeva və Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək fikir və təkliflərini bildiriblər.


İclasın sonunda ötən sessiyada komitə tərəfindən görülən işlər qənaətbəxş hesab olunub və 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib.


Tədbirdə komitə üzvü Anatoliy Rafailov və digər rəsmi şəxslər də iştirak ediblər.

 

 

 

 

OXŞAR XƏBƏRLƏR