“Karantin davam etsə, “bomj“ olacam“ - Məşhur aktyor

“Karantin davam etsə, “bomj“ olacam“ - Məşhur aktyor
MAQAZİN
14:22 19.03.2021
1005
Aktyor Müşviq Şahverdiyev biznes qurmaq qərarına gəlib.

AZXEBER.COM xəbər verir ki, 8 aydır işsiz qaldığını deyən sənətçi bu haqda "Söhbət var"da danışıb. O, aparıcı, Əməkdar artist Dilarə Əliyevanın "Eşitdik ki, təndir evi açmısan" sözlərinə belə cavab verib:

"Restoran açmağa hazırlaşıram. Orada Lənkəran mətbəxi olacaq. Təndir evi də onun içindədir".

Aktyor maddi vəziyyətinin ağır olduğunu bildirib: "Karantində indiyənə kimi çəkildiyim filmlərdən yığdıqlarımı yedim, aldıqlarımı geyindim. Amma bu hal yenə davam etsə, olmayacaq. Məni bomj vidində görəcəksiniz".
OXŞAR XƏBƏRLƏR