Karantin qaydalarının pozulmasına görə cərimələr artırıldı - RƏSMİ

Karantin qaydalarının pozulmasına görə cərimələr artırıldı - RƏSMİ
SOSİAL
12:24 29.06.2020
1146
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

AZXEBER.COM xəbər verir ki, Məcəllənin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) yeni redaksiyada verilib.

Yeni dəyişikliyə görə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.

Digər bir dəyişikliklə isə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə ediləcək.

Məcəlləyə dəyişiklik layihəsi parlamentin plenar iclasında müzakirəyə çıxarılaraq təsdiq olunub. 
OXŞAR XƏBƏRLƏR