Karantindən yayınmaq üçün balığı ilə küçəyə çıxdı - FOTO

Karantindən yayınmaq üçün balığı ilə küçəyə çıxdı - FOTO
DÜNYA
12:42 14.06.2020
2305
İspaniyada balığını gəzdirən adam cəzalanıb.

AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, İspaniyada koronavirus səbəbindən sərt karantin rejimi tətbiq edilsə də, ev heyvanlarının çölə çıxarılmasına icazə verilib. 

Bu icazəni fürsət bilən insanlar qeyri-adi səbəblərdən küçəyə çıxmağa başlayıb. Bir vətəndaş da bunu bəhanə edib evində saxladığı yapon balığı ilə küçəyə çıxıb.

Polislər tərəfindən saxlanılan kişi balığını gəzdirmək üçün çölə çıxdığını bildirib. Lakin polislər adama pul cəzası yazaraq, evinə göndərib.

Mələk Cabbar

OXŞAR XƏBƏRLƏR