Dünyaca məşhur xorvatiyalı çello ifaçısı Stjepan Hauser 8 milyonluq səhifəsində Azərbaycan mahnısı olan "Sən gəlməz oldun"u paylaşaraq diqqət çəkib.
AZXEBER.COM xəbər verir ki, musiqiçi 2023-cü ildə azərbaycanlı izləyicilərinin sərt tənqidinə tuş gəlmişdi.
Buna səbəb onun Kim Kardaşyanla fotosunu paylaşaraq "erməni qadınları möhtəşəmdir” şərhini qeyd etməsi olmuşdu.
Lakin bu post sosial şəbəkələrin türk və azərbaycanlı istifadəçiləri qəzəbləndirmiş və Hauser yüzlərlə izləyici itirmişdi.
Türk izləyicilər isə porno videoları ilə tanınan Kimin İkinci Qarabağ müharibəsi dövründə Gəncədə və Bərdədə dinc əhalini raket hücumuna tutan və terror törədən Ermənistana maddi yardım göndərdiyi üçün cani və qatil olduğunu bildirmişdilər.
Hauser daha sonra türk və azərbaycanlı izləyicilərin paylaşımına yazdığı bütün mənfi rəyləri silmişdi.
Aysel