Karib hövzəsi ölkələri kral ailəsindən təzminat tələb edəcək

Karib hövzəsi ölkələri kral ailəsindən təzminat tələb edəcək
DÜNYA
20:15 12.09.2023
315
Kral Çarlz Britaniya monarxiyasının qul ticarəti ilə əlaqəsini etiraf edərək, bunu "keçmişimizin ən qaranlıq günləri" adlandırıb.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Karib hövzəsi ölkələrinin köləlik dövründəki rollarına görə kral ailəsini məhkəməyə verəcəklər. 

Qeyd edilib ki, kral ailəsindən yanaşı İngiltərə kilsəsi və dövlət sığorta şirkəti Lloyds of Londondan da təzminat istəniləcək. 

Bildirilib ki, Karib hövzəsində yaradılmış təzminat komissiyası Böyük Britaniya hökumətindən yan keçərək qul ticarəti ilə birbaşa əlaqəli olan Britaniya qurumlarından təzminat almağa çalışır.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR