Karlo Ançelotti karyerasını bitirəcəyi vaxtı açıqladı

Karlo Ançelotti karyerasını bitirəcəyi vaxtı açıqladı
İDMAN
20:55 03.05.2022
877
İspaniya "Real Madrid"inin baş məşqçisi Karlo Ançelotti daha 10 il "kral klubu"na rəhbərlik edə biləcəyini açıqlayıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis "Amazon Prime" telekanalına müsahibəsində Madrid təmsilçisinin məşqçilik karyerasındakı sonuncu klub olacağını bildirib.

Ançelotti Kanada millisinin sükanı arxasına keçəcəyi ilə bağlı xəbərlərə də toxunub: "Yəqin ki, müqaviləm başa çatanda "Real Madrid"dən ayrılacağam. Amma klub rəhbərliyi istəsə, burada daha 10 il qala bilərəm. Gələcəkdə yığmada işləmək variantlardan biridir. Kanada millisi? Niyə də olmasın?! Mən istərdim".

Qeyd edək ki, Karlo Ançelottinin "Real Madrid"lə 2024-cü ilin yayınadək müqaviləsi var.
OXŞAR XƏBƏRLƏR