Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi anını əks etdirən fotoşəkil 60-cı "World Press Photo” beynəlxalq fotojurnalistika müsabiqəsinin baş mükafatına layiq görülüb.
Beynəlxalq müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi fevralın 13-də Amsterdamda keçirilib.
İlin fotoşəklində 22 yaşlı Mert Altıntaş rusiyalı diplomata sui-qəsddən bir neçə dəqiqə sonra əks olunub. Arxa planda terrorçunun ölümcül yaraladığı diplomat görünür.
"Bu, çox çətin qərar idi. Bu şəkli seçdik. Belə ki, bu fotoşəkil dünyada insanlar arasında getdikcə artan nifrətin qara rəmzi kimi diqqəti cəlb edir. Şəkilə hər dəfə baxdıqda ondan mümkün qədər uzaqlaşmaq istəyirsən”, - münsiflər heyətinin üzvü Mari Kalvert bildirib.
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada fotosərginin açılışında qətlə yetirilib. Hücum edən şəxs təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib. Rusiya XİN bu hadisəni terror aktı kimi qiymətləndirib.
///Oxu.Az