“Kartla xərcləmək sərfəlidir!” - Azərbaycan Beynəlxalq Bankından yeni kampaniya

“Kartla xərcləmək sərfəlidir!” - Azərbaycan Beynəlxalq Bankından yeni kampaniya
İQTİSADİYYAT
14:45 09.08.2019
4021
Ölkəmizdə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə Azərbaycan Beynəlxalq Bankı yeni "Kartla xərcləmək sərfəlidir!” devizi altında kampaniyaya start verib. Kampaniya 12 avqustdan 30 sentyabra qədər olmaqla 7 həftəni əhatə edir.

AZXEBER.COM xəbər verir ki, bu müddətdə ölkə daxilində və ölkədən xaricdə POS terminallar, yaxud elektron ticarət sistemləri vasitəsilə Azərbaycan Beynəlxalq Bankının kartları ilə həftə ərzində minimum 10 manatdan az olmayaraq ən çox sayda ödəniş əməliyyatı aparmış müştərilər müxtəlif məbləğlərdə pul uduşları qazanacaqlar.

Hər həftə əməliyyatların sayı nəzərə alınmaqla 50 qalib müştəri seçiləcək. Bu müştərilərin qazanacaqları uduş məbləğləri 20 manatdan 100 manatadəkdir. Uduşlar növbəti həftə onların kart hesablarına ödəniləcək. Sonda isə kampaniyanın əsas mükafatlarının qalibləri - yəni bütün kampaniya dövründə bankın kartları ilə say etibarilə ən çox nağdsız ödəniş etmiş 5 müştəri müəyyənləşəcək.

5-ci yerin qalibi Azərbaycan Beynəlxalq Bankından 300 manat, 4-cü yerin qalibi 500 manat, 3-cü yerin qalibi "Qalaaltı hotel&SPA” mərkəzinə 2 nəfərlik, 5 günlük hədiyyə paketi, 2-ci yerin qalibi "İphone X” smartfonu, 1-ci yerin qalibi isə İstanbula 2 nəfərlik, 7 günlük səyahət paketi qazanacaq.

Bir gün ərzində eyni kart vasitəsilə eyni ödəniş məntəqəsində və ya eyni internet səhifəsində aparılmış əməliyyatlar kampaniyanın şərtlərinə görə, ümumiləşdirilərək 1 əməliyyat sayılır. Kampaniya korporativ və biznes kartlarına, onlayn kredit ödənişlərinə, maliyyə institutlarının fəaliyyət sahəsi üzrə aparılan əməliyyatlara aid deyil.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb