Aparıcı Vüsalə Əlizadə açıqlaması ilə diqqət çəkib.
AZXEBER.COM xəbər verir ki, o, verilişində qız atalarına səslənib.
"Bütün qızlar atalarının şah əsəridirmi? Kaş bütün atalar bunu ətraflı düşünə. Kaş bütün atalar dərk edə ki, arxada qız övladı adı altında böyüyən parçam var. Kaş hər kəsin qüruru bir az incinə. Təəssüf... Allah qorusun qız övladını canı qədər qoruyan ataları" deyə, Vüsalə əlavə edib.
Qeyd edək ki, V.Əlizadə aparıcı Azər Zahidlə ailəli olub. Onun bu nikahdan Dilək adlı qız övladı var.