"Qismətə bax, Allah məni Serdar Ortaç elədi. Amma heç vaxt başım bəladan qurtulmadı".
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri qanunsuz mərc oyunlarını təbliğ etməkdə günahlandırılan türkiyəli müğənni Serdar Ortaç deyib.
O, müğənni olduğu üçün ilk dəfə peşman olduğunu etiraf edib:
"Kaş universiteti bitirib ingilis dili müəllimi olaydım və elə də qalaydım. O zaman nə qumar, nə də başqa pis vərdişlərim olacaqdı. Rəbbim belə qərar verdi".
Aysel