“Kaş London Azərbaycanın ərazisi olaydı...” – Fanatlardan Mxitaryana etiraz

“Kaş London Azərbaycanın ərazisi olaydı...” – Fanatlardan Mxitaryana etiraz
İDMAN
13:46 27.11.2018
3682

"Arsenal"ın azarkeşləri Henrix Mxitaryana əsəbiləşib.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, komandanın fanatlarının "Facebook"dakı səhifələrindən birində erməni futbolçunun son vaxtlar yaxşı oynamaması səbəbindən belə bir paylaşım edilib: "Biz istəyirik ki, kaş London Azərbaycanın ərazisi olaydı və Mxitaryan ora buraxılmayaydı".

Xatırladaq ki, rəsmi Bakı Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etdiyi üçün Ermənistan vətəndaşı olan Henrix Mxitaryanın ölkəmizə girişinə qadağa qoyub. Bu səbəbdən o, 2015-ci ildə "Borussiya"da (Dortmund) oynayarkən Bakıda "Qəbələ", 2018-ci ildə "Arsenal"la "Qarabağ"la oyuna gələ bilməyib.

OXŞAR XƏBƏRLƏR