Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu musiqiçi qardaşı ilə birlikdə çəkilən fotosunu paylaşaraq hisslərini bölüşüb.
AZXEBER.COM xəbər verir ki, Hüseyn uşaqlıqdan gördüyü əziyyətlər haqda bu sözləri yazıb:
"Kasıbçılıq, yoxluq, atasızlıq nədir, hamısını gördük iki qardaş. Əzizlərim, sizə bir söz deyim. Çətin günlərdən qorxmayın. Hər qaranlıq gecənin işıqlı səhəri var. Biz hər günümüzə şükür etdik".
Qeyd edək ki, Hüseynin qardaşı Nicat Məhəmmədoğlu da musiqiçidir. O, zərb alətlərinin mahir ifaçısıdır.