Kasilyas: ''Messini yox, Ronaldonu seçərdim''

İDMAN
08:18 12.10.2012
1515

"Real" (Madrid) klubunun qapıçısı İker Kasilyas yenidən Kriştiano Ronaldo və Lionel Messi müqayisəsinə toxunub.

Qol.Az-ın məlumatına görə, İspaniya mətbuatına danışan Kasilyas Ronaldonun Messidən daha üstün futbolçu olduğunu bildirib:

"Əgər mən seçim etməli olsam, Ronaldoya üstünlük verərdim. Çünki mən Ronaldonun necə futbolçu və necə insan olduğunu daha yaxşı bilirəm. O, hər gün üzərində məşq edir və bunun sayəsində komandaya daha çox fayda verir.Bilirəm ki, Ronaldo həyatında bütün uğurlara nail olmaq istəyir. Artıq bir çox uğura imza atıb. Messi isə hələlik yalnız "Barselona"dakı uğurları ilə kifayətlənir".

Qeyd edək ki, Ronaldo və Messi "Qızıl top" uğrunda mübarizəni davam etdirirlər.

OXŞAR XƏBƏRLƏR