"Real" (Madrid) klubunun qapıçısı İker Kasilyas Madrid "Atletiko"sunun hücumçusu Radamel Falkaonun komandaya transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
AZXEBER.COM-un "Goal.com"a istinadən verdiyi məlumata görə, təcrübəli qapıçı "Real"ın hər hansı bir hücumçuya ehtiyacı olmadığını vurğulayıb:
"Falkao mükəmməl hücumçudur. Son zamanlar adından söz etdirir və bir sıra komandaların maraq dairəsinə düşüb. Lakin məncə, "Real"ın ona ehtiyacı yoxdur. Çünki komandada Ronaldo, Benzema və İquain kimi forvardlar var. Təbii ki, bu haqda qərarı rəhbərlik verəcək. Ancaq fikrimcə, Falkao elə "Atletiko"da qalsa, yaxşı olacaq".
Qeyd edək ki, Falkao ilə "Real"la yanaşı, "Mançester Siti" klubu da yaxından maraqlanır.