“Kaspi” qəzetinin yaranmasından 135 il ötür

“Kaspi” qəzetinin yaranmasından 135 il ötür
MEDIA
13:19 09.12.2016
1844
Bu gün "Kaspi" qəzetinin yaranma günüdür.
 
AZXEBER.COM-un xəbərinə görə, qəzetin fəaliyyətə başlamasından 135 il ötür.
 
Qəzetin baş redaktoru İlham Quliyev "Report"a deyib ki, "Kaspi" qədim ənənələri, tarixi olan qəzetdir.
 
Onun sözlərinə görə, 135 yaşlı qəzetin olması Azərbaycan cəmiyyətinin, mətbuatın uğurudur: ""Kaspi" qəzeti 1881-ci ildən rus dilində nəşr olunmağa başlayıb. 1897-ci ildən Hacı Zeynalabdin Tağıyev tərəfindən alınan qəzetin baş redaktoru Əlimərdan bəy Topçubaşov olub. 1907-ci ilə kimi "Kaspi"nin 300-dən çox sayı Həsən bəy Zərdabinin imzası ilə işıq üzü görüb. Bilirsiz ki, həmin dövrdə "Əkinçi" qəzeti bağlanmışdı, Həsən bəy Zərdabi üçün tribuna yox idi. Belə bir ərəfədə Həsən bəy öz ideyalarının reallaşdırılması üçün rus dilində qəzet yaradılmasına çalışır. "Kaspi" 1919-cu ildə fəaliyyətini dayandırıb. Qəzet o dövrün maarifçiləri üçün tribuna olub.
 
1999-cu ildə Sona Vəliyevanın təşəbbüsü ilə "Kaspi" qəzeti bərpa olunub. Hazırda "Kaspi" gündəlik Azərbaycan dilində, həftəlik rus dilində nəşr olunur. Qəzet yenə də ziyalı təbəqəsi üçün tribunadır. Hazırda qəzetin 3 əlavəsi fəaliyyətdədir. Bu, "Ədəbiyyat", "Cəbhə" əlavəsi və "Gənclik" qəzetidir". İ.Quliyev qəzetlə bağlı planlardan da danışıb: "Manatın devalvasiyasından sonra müəyyən qədər çətinlik yaranıb, qəzet kağızı bahalaşıb. Kağıza əlavə dəyər vergisi tətbiq olunur. Bu, çap mediasının maddi durumuna təsir edir. Buna baxmayaraq, biz ayaqda durmağa çalışırıq, qəzetin əlavələrini qoruyuruq. "Kaspi" şənbə günləri 24 səhifə çıxır. Qəzet həm də rəngli çap olunur. Bu da kifayət qədər maliyyə tələb edən işdir. Bizim yeni layihələrimiz də var. 2017-ci ilin yanvarından qəzetin artkaspi.az saytı fəaliyyətə başlayacaq. Bu saytda mədəniyyət və ədəbiyyat xəbərləri işıqlandırılacaq. Dövlət orqanları ilə müştərək layihələrimiz olur. Növbəti ilin əvvəllərində müsabiqənin keçirilməsini nəzərdə tuturuq. Bilirsiniz ki, "Kaspi" nəşrlər seriyamız var, müxtəlif kitablar çap olunur. Gələn il 3 kitabın nəşrini planlayırıq. Çalışacağıq ki, "Kaspi" qəzeti 2017-ci ildə də dürüstlüyünü, müstəqilliyini qoruyub saxlaya bilsin".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ölkədə vəba epidemiyası elan edilib
20:42 27.06.2026
Bu ölkədə vəba epidemiyası elan edilib
Fərman Həsənov UFC-də qələbə qazanıb
20:35 27.06.2026
Fərman Həsənov UFC-də qələbə qazanıb
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
20:26 27.06.2026
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
20:14 27.06.2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
19:49 27.06.2026
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
19:46 27.06.2026
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
19:32 27.06.2026
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
19:22 27.06.2026
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
19:16 27.06.2026
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
19:14 27.06.2026
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
19:09 27.06.2026
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
19:04 27.06.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
18:57 27.06.2026
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
18:53 27.06.2026
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
18:50 27.06.2026
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
Əfqanıstanda güclü zəlzələ oldu
18:46 27.06.2026
Əfqanıstanda güclü zəlzələ oldu