Kassadan 1 milyon dollar oğurlayan azərbaycanlıya 10 il cəza

Kassadan 1 milyon dollar oğurlayan azərbaycanlıya 10 il cəza
SOSİAL
20:26 28.07.2026
505
Gəncə Ağır Cinayətlər Məhkəməsində Türkiyədə fəaliyyət göstərən şirkətin kassasından 1 milyon ABŞ dollarını mənimsəməkdə təqsirləndirilən Eldar Mamliyevə hökm oxunub.

AZXEBER.COM xəbər verir ki, hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə verilən hökmə əsasən, Eldar Mamliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, təqsirləndirilən şəxs 2018-ci ildən 2023-cü ilin oktyabrınadək İstanbulda yerləşən "Araz-Kür İnşaat Malzemeleri Ticaret Limited Şirketi”ndə faktiki kassir kimi çalışıb. Ona qızıl-zinət əşyalarının alqı-satqısı, pul köçürmələri, nağd ödənişlər və şirkətin maliyyə əməliyyatlarına nəzarətlə bağlı geniş səlahiyyətlər verilib.

İstintaqla müəyyən olunub ki, şirkət rəhbərləri Türkiyədən kənarda olduqları vaxt müxtəlif ödənişlərin həyata keçirilməsi üçün kassada saxlanılan ümumilikdə 1 milyon dollar – həmin dövrün məzənnəsi ilə 1,7 milyon manat məbləğində vəsait təqsirləndirilən şəxsə etibar edilib. Təqsirləndirilən şəxs 2023-cü ilin avqust-oktyabr aylarında həmin vəsaiti hissə-hissə mənimsəyib. Onun 9780 ABŞ dollarını nağd xərclədiyi, 990 220 ABŞ dollarını isə istintaqa məlum olmayan yollarla Azərbaycana gətirərək həyat yoldaşının adına açılmış iki bank hesabına köçürdüyü müəyyən edilib. Sonradan həmin pullar kartlar vasitəsilə İstanbulda internet platformalarında ödənişli oyunlara və digər şəxsi məqsədlərə sərf olunub. 1 milyon ABŞ dollarının mənimsənildiyi müəyyənləşdirildikdən sonra yalnız 100 min ABŞ dolları geri qaytarılıb, qalan məbləğ isə ödənilməyib.

Araşdırma zamanı təqsirləndirilən şəxsin həyat yoldaşının adına açılmış bank hesablarına qısa müddətdə 1 milyonlarla manat vəsait daxil olduğu, həmin məbləğlərin demək olar ki, tam şəkildə çıxarıldığı da müəyyən edilib. Həmin bank hesablarına dair çıxarışlar və pulun qəbuluna dair qəbzlər cinayət işi üzrə maddi sübut kimi tanınıb.

Eldar Mamliyevə Cinayət Məcəlləsinin 12.1, 179.4-cü (Mənimsəmə, Azərbaycan Respublikası ərazisindən kənarda xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub.

/Lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
22:53 11.09.2026
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
Qida məhsullarının vahid izlənmə sistemi yaradılır - VİDEO
22:48 11.09.2026
Qida məhsullarının vahid izlənmə sistemi yaradılır - VİDEO