Kaya Kallas: Avropa İttifaqı Ukraynanı dəstəkləməyə davam edəcək

DÜNYA
20:25 13.02.2025
107
Avropa İttifaqı Ukraynanı dəstəkləməyə davam edəcək.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas sosial media hesabında paylaşım edib.

Məlumata görə, ali nümayəndə bu gün Ukraynanın müdafiə naziri Rüstəm Umerovla görüşüb.

"Nazir Umerov məni əmin etdi ki, ukraynalılar möhkəm dayanıblar, onlar öz azadlıqlarından və ərazilərindən əl çəkməyəcəklər. Avropa da möhkəm dayanacaq və onların mübarizəsində Ukraynanı dəstəkləməyə davam edəcək",- K.Kallas vurğulayıb.

OXŞAR XƏBƏRLƏR