Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ukraynaya ötən gecə kütləvi raket və pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücumdan sonra beynəlxalq ictimaiyyəti Rusiyaya təzyiqləri artırmağa çağırıb.
Kaya Kallas bu barədə X-da paylaşımında bildirib.
"Bu, bir daha göstərir ki, Moskva müharibəni dayandırmaq niyyətində deyil. Rusiya Ukraynaya yeni faciələr yaşatmağa və bu ölkənin məhvinə can atır. Bu müharibəni dayandırmaq üçün Rusiyaya ən güclü beynəlxalq təzyiq lazımdır", - deyə Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vurğulayıb.
/APA