Kayahan dünyasını dəyişdi

MAQAZİN
11:30 03.04.2015
1637
Daha bir tanınmış müğənni həyatını itirdi. AZXEBER.COM-un məlumatına görə, Kayahan dünyasını dəyişib.Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Ölüm haqqında xəbəri isə Suat Suna Twitter hesabından elan edib."Bu gün qara bir gün... Mən ikinci atamı itirdim, Türkiyə də böyük ustasını...Rahat yat Kayahan abi. Unutulmayacaqsan...".Qeyd edək ki, müğənni uzun müddət xərçəng xəstəliyindən müalicə olunub. İlk dəfə 1990-cı ildə ayağındakı yağ kistasını müayinə etdirmək üçün xəstəxanaya gedib və ona xərçəng diaqnozu qoyulub. Onun altı ay ömrü qaldığı deyilib. Lakin Kayahan heç zaman xəstəliyə tabe olmayıb və mübarizə aparıb.
OXŞAR XƏBƏRLƏR