Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur sənətçisi Kayahan Açar vəfat edib.Xərçəng xəstəliyindən əziyyət çəkən Kayahanın ölüm xəbərini ilk olaraq sənətçi Suat Suna “Twitter”dən verib. Kayahan bu
səhər "Acıbadem" xəstəxanasında dünyasını dəyişib. 1 dəqiqə belə sənətçinin yanından ayrılmayan həyat yoldaşı İpek Açar isə göz yaşlarına boğulub. İpək Açar, 1 həftə əvvəl Kayahanla şəklini paylaşaraq bu sözləri demişdi: "Böyük sevginiz, dualarınız, gözəl diləkləriniz və mənə güc verdiyiniz üçün sonsuz təşəkkürlər. Bu çətin günlərimizdə yanımızda olan hər kəsə çox təşəkkür edirik. Hamımızın dualarıyla daha yaxşı olacaq inşallah."
Qeyd edək ki, Nur xanımla evlənən Kayahan, 24 il sonra ondan boşanıb. 1-ci evliliyindən Bəstə adlı qızı var. 1999-cu ildə isə Kayahan İpəklə evlənib. 2-ci evlilikdən Aslı adlı qızı var.
(İllər öncə Kayahan və İpek)//bizimyol

