Kazanda təyyarənin qəzaya uğramasına heyət üzvləri səbəb olub

DÜNYA
13:06 20.11.2013
990

Noyabrın 17-də Kazanda qəzaya uğrayan “Boeing 737-500” təyyarəsinin “qara qutu”sunun parametrlərinin “oxunması” zamanı hadisənin ilkin səbəblərini ortaya çıxarıb.

Belə ki, hava gəmisinin qəzaya uğramasına heyət üzvlərinin təyyarənin aşağıya doğru şığıması və düşməsi ilə nəticələnən hərəkəti səbəb olub.AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) saytında yerləşdirilən məlumatda bildirilir.“Yerə enmə prosesində heyət üzvləri standart enmə əməliyyatını yerinə yetirə bilməyiblər. Vəziyyəti enmə üçün əlverişsiz qiymətləndirən heyət üzvləri TOGA rejimində ikinci dairəyə getməyə başlayıb. Sürətin 125 dəniz milinə endirilməsindən sonra heyət üzvləri təyyarənin şığıma vəziyyətinə keçirilməsi üçün şturval kolonkası ilə idarəetmə tədbirləri görməyə başlayıblar ki, bu da qalxmanın dayanması, təyyarənin aşağı düşməsi və onun cihaz sürətinin artmasına səbəb olub”, - deyə məlumatda bildirilir.DAK-ın məlumatına görə, “yüksəklik 700 metrə çatanda təyyarə intensiv surətdə şığımaya başlayıb”. Məlumatda qeyd olunur ki, təyyarə yer ilə saatda 450 km/saat sürətlə toqquşub.DAK-dan bildirildiyinə görə, təyyarənin mühərrikləri yerlə toqquşanadək işlək vəziyyətdə olub.

OXŞAR XƏBƏRLƏR