"Qazaxıstan xarici işlər nazirinin saxlanılması xəbəri həqiqətə uyğun deyil"

"Qazaxıstan xarici işlər nazirinin saxlanılması xəbəri həqiqətə uyğun deyil"
DÜNYA
14:43 04.09.2025
306
Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyevin tutulması barədə məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə Qazaxıstan Teleqraf Agentliyi "Kaztag” məlumat yayıb.
 
13.18
 
Bu gün Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyev saxlanılıb.

Onlarla bərabər Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin bir sıra yüksək vəzifəli əməkdaşları saxlanılıb.

Məlumatı hüquq-mühafizə orqanlarındakı mənbələr "Orda"ya təsdiqləyib.

Nurtleu Çindən ŞƏT sammitindən qayıtdıqdan sonra evində tutulub, müstəntiqlər nazirin və Hacıyevin evində axtarış aparıblar.
OXŞAR XƏBƏRLƏR