Məcburi köçkünlərə şamil olunan güzəştlər ləğv olunmasından sonra köçkünlər tərəfindən etiraz aksiyaları keçirilməyə başlaynılıb. Paytaxt Bakıda və bölgələrdə yaşayan çoxlu sayda köçkün yolları bağlayaraq mövcud qərarın ləğvini tələb ediblər.
AZXEBER.COM xəbər verir ki, artıq bir neçə həftədir ki, "Azərişıq" və "Azərqaz" əməkdaşları ilə məcburi köçkünlər arasında qarşıdurmalar da yaşanır. Belə ki, sözügedən qərardan sonra sayğac quraşdırmağa çalışan əməkdaşlara köçkün ailələri tərəfindən hücumlar edilir və onların normal fəaliyyətlərinə imkan verilmir.
Məlumatlara görə, baş verən etirazlar qarşılığında "Qaçkınkom"un da aciz qalaması mövcud durumu daha da dərinləşdirib. Məlum qərarla heç cür razılaşmayan məcburi köçkünlərin daha böyük etirazlar edəcəyindən çəkinən rəsmilər sayğac quraşdırılmasını "müvəqqəti saxlama" qərarı verərək bəzi yerlərdə dayandırıblar. Bu yerlər daha çox məcburi köçkün ailələrinin kütləvi şəkildə yaşadığı yataqxanalardır.
Qeyd edək ki, indiyədək məcburi köçkünlər kommunal xərclərdən müəyyən limit daxilində azad idilər. İndi isə həmin xərclərin pulu köçkünlərin özünə verilir. Bundan başqa məcburi köçkünlərə aylıq verilən "çörəkpulu" adlanan yardımlar da bu ilin yanvar ayından dayandırılıb.