Keanu Reeves 1999-cu ildə vəfat edən sevgilisi Cennifer Sime haqda danışıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Reeves illər sonra etdiyi etirafı ilə hər kəsi təəccübləndirib.
O, müsahibəsində sevgilisi Cennifer Simeni xatırlayaraq bildirib:
"Kədər formasını dəyişir, amma heç vaxt bitmir. İnsanlar elə bilirlər ki, "Bitdi, sağaldım" deyə bilərlər. Bu, səhvdir. Cennifer mənim sağalmaz yaramdır."
Xatırladaq ki, Keanu və Cenniferin ilk övladları səkkiz aylıq dünyaya gəlmiş və qısa zaman sonra vəfat etmişdi. Bu kədər onların münasibətlərini dərindən sarsıtdı və cütlük qısa müddətdən sonra ayrılmışdı. Ayrılıqdan bir neçə ay sonra Cennifer məclisdən qayıdarkən avtomobil qəzasına düşüb və həyatını itirib.
Ağır xasiyyəti və susqunluğu ilə diqqət çəkən aktyorun bu ikiqat faciədən sonra böyük sarsıntı yaşadığı və içinə qapandığı qeyd olunub.
Aysel