Keçəl kişilərə pis xəbər

Keçəl kişilərə pis xəbər
14:05 04.04.2013
1353
Keçəl kişilərin ürək xəstəliklərinə tutulma riski daha yüksəkdir. "British Medical"da yayımlanan araşdırmada belə deyilir. Bu risk alın nahiyəsində tüklərin seyrəkliyindən əziyyət çəkənlərdə yox, təpə hissəsi tamamilə keçən olarda çoxdur.Bunu müəyyən etmək üçün 11 il ərzində 37 min kişi üzərində araşdırma aparılıb. Nəticədə keçəllərin xəstəlik riskinin bşında saç olanlarla müqayisədə 32 faiz çox olduğu bəlli olub. 55-60 yaş arasında bu faiz göstəricisi 44-ə qalxır.Nəticələr Yaponiya, Avropa və ABŞ-da aparılan 7 fərqli çalışmanın nəticələrinin müqayisəsi nəticəsində əldə edilib.Keçəllik ilə ürək xəstəliyi arasında hansı əlaqənin olması isə hələlik araşdırılır.
OXŞAR XƏBƏRLƏR