Keçmiş arvadını nişanlısı ilə gördü, gecə qapını sındırıb evə girdi

Keçmiş arvadını nişanlısı ilə gördü, gecə qapını sındırıb evə girdi
SOSİAL
23:10 30.06.2022
555
Qusarda keçmiş arvadını döyən kişiyə hökm oxunub.

AZXEBER.COM "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə bu ilin yanvarında baş verib.

Belə ki, iki uşaq atası olan Seymur Hüseynov (ad və soyad şərtidir) 7 il əvvəl ayrıldığı həyat yoldaşı Günay Əhədovanın (ad və soyad şərtidir) başqa bir kişi ilə münasibətinin olduğunu düşünərək onun evinə basqın edib.

Hadisə ilə bağlı başlanılan cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verən Seymur Hüseynov bildirib ki, hadisəni qısqanclıq zəminində törədib:

"Biz Günayla 2015-ci ildə ayrılmışıq. Rəsmi olaraq isə, 2019-cu ildə boşanmışıq. İki övladımız var. Uşaqlar onda qalır, lakin tez-tez onları öz evimə də aparıram. Bir dəfə uşaqlar mənə dedi ki, anaları onlardan sonradan tanıdığım Quluya (şərti) ata deməylərini tələb edir.
Ətraflı

Mən də artıq onlar arasında bir münasibətin olduğunu düşündüm. Bundan sonra Günayı izlədim və gecə saatlarında onun kirayə qaldığı evə girdiyini, bir neçə dəqiqə sonra isə həmin adamın da onun dalınca binaya daxil olduğunu gördüm. Bir qədər gözləyəndən sonra mən də binaya girdim və onun yaşadığı ikinci mərtəbədə yerləşən mənzilə qalxdım.

Qapını çiynimlə vurub sındırdım və içəri girdim. Onlar yataq otağında idilər. Mən Qulunu vurmaq istəyəndə Günay mane oldu. Qulu da dedi ki, bura onu Günay çağırıb. Mən Günayı vurdum. Əməlimdən peşmanam. Bundan sonra onun tərəfə baxmayacam. Uşaqlarımın saxlanması üçün aliment ödəyirəm. Əgər mən həbs olunsam bunu edə bilməyəcəm. Çox xahiş edirəm mənə yüngül cəza verilsin".


 
Hadisə zamanı zərər çəkən Günay Əhədova məhkəməyə verdiyi ifadədə deyib ki, Qulu onun nişanlısıdır:

"Biz uzun müddət əvvəl Seymurla ayrılmışıq. Bir il əvvəl ailəmin də razılığı ilə Qulu ilə nişanlanmışam. Qulu arada mənim yaşadığım evə gəlir, çay içib, söhbət edirik. Hadisə baş verən günü də Qulu mənim yaşadığım evdə idi. Birdən Seymur qapını sındırıb evə girdi. Yanında qardaşı da var idi. Bu zaman mən Qulunu yataq otağına saldım.

Seymurun qardaşı mənim əllərimdən tutdu, özü isə məni vurdu. Qardaşı ona dedi ki, məni öldürsün. Hətta şəkillərimi çəkməsini də dedi. Mən onların əlindən çıxıb qaçdım. Seymur heç vaxt uşaqlarla maraqlanmayıb, alimenti vaxtında ödəməyib. Mən Qulu ilə evlənmək və onun uşaqlarıma atalıq etməsini istəyirəm".

Qusar Rayon Məhkəməsinin hökmü ilə Seymur Hüseynov CM-nin 128 (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 157.1-ci (Mənzil toxunulmazlığını pozma) maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Ona elektron nəzarət cihazı tətbiq edilib və üzərinə daimi yaşadığı ərazini tərk etməməmək öhdəliyi qoyulub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik