Rusiya Federasiyasının keçmiş baş nazir, sabiq xarici işlər naziri Yevgeni Primakov vəfat edib.
APA-nın RİA "Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putin mərhumun qohumlarına və yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, Y. Primakov 1929-cu ildə Kiyevdə anadan olub.