Keçmiş başçı YAP-ın xəbərdarlığına baxmadı - Namizəd oldu

SİYASƏT
11:43 28.09.2015
1876

Salyan rayonunun keçmiş icra başçısı Yusif Ələkbərov 59 saylı seçki dairəsindən deputatlığa namizəd kimi rəsmən qeydə alınıb.

AZXEBER.COM  modern.az-a istinadən xəbər verir ki, Yusif Ələkbərov hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür və seçkilərə öz təşəbbüsü ilə qatılıb. Halbuki, YAP rəhbərliyi partiyanın üzvlərinə çağırış edərək, adları vahid namizədlər siyahısına düşməyənləri şəxsi təşəbbüslə seçkiyə qatılmaqdan çəkinməyi məsləhət görüb. Əks halda, onların cəzalandırılaraq, YAP sıralarından uzaqlaşdırılacağı xəbərdarlığı edilib.

Yusif Ələkbərov hazırda “Salyan çörək" Açıq Səhmdar Cəmiyyətinin direktoru vəzifəsində çalışır. O, 2001-2004-cü illərdə Salyan rayonunun icra başçısı işləyib.

YAP-ın 59 saylı Salyan seçki dairəsindən vahid namizədi Salyan Mərkəzi Xəstəxanasının həkimi İlqar Ağabəyovdur.

OXŞAR XƏBƏRLƏR