Türkiyənin Adana şəhərində Oktay adlı şəxs (35 yaş) keçmiş həyat yoldaşı Nurselin (29 yaş) iş yerinə basqın edərək ov tüfəngi ilə onu dizindən vurub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə fevralın 16-da saat 12:00 radələrində Çukurova mahalında baş verib.
Oktay D. başqası ilə münasibətdə olduğunu iddia etdiyi Nurseli K.-ni hədələyərək döyüb, daha sonra tüfənglə dizindən vuraraq qaçıb.
Oktay D.-nin avtomobili ilə iş yerinə gəldiyi anlar təhlükəsizlik kamerasına düşüb.
Ağır yaralanan Nursel xəstəxanaya yerləşdirilib.
Oktay polis qrupları tərəfindən tutularaq saxlanılıb.
Oksana