Keçmiş icra başçısının oğlunun ölümünə görə həbsdə olmuş Lamiyə ölkədən getdi

Keçmiş icra başçısının oğlunun ölümünə görə həbsdə olmuş Lamiyə ölkədən getdi
SOSİAL
17:43 12.02.2018
2595

Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovu qətlə yetirdiyinə görə həbs həyatı yaşamış Lamiyə Quliyeva Türkiyəyə köçüb.

AZXEBER.COM axar.az-a istinadən xəbər verir ki, həbsdə ana olması məhkəmə tərəfindən nəzərə alınaraq azadlığa buraxılmış L.Quliyeva Türkiyədə işləyir.

L.Quliyeva 2003-cü ildə həbs olunub. O, keçmiş nişanlısı Vüqar Əliyevlə bərabər Şəmkirin sabiq başçısının oğlunu öldürüb.

Həbs müddəti 2013-cü ildə başa çatsa da, CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə onun cəzası 5 il 6 ay müddətinə artırılıb.

 

Lamiyənin nişanlısı Vüqar isə ömürlük məhkumdur və Qobustan həbsxanasında başqa qadınla evlənib. 

OXŞAR XƏBƏRLƏR