""Xabi Alonso "Real”da çox yaxşı işlər görür" - "Liverpul"un baş məşqçisi

""Xabi Alonso "Real”da çox yaxşı işlər görür" - "Liverpul"un baş məşqçisi
İDMAN
14:48 04.11.2025
109
"Liverpul”un baş məşqçisi Arne Slot sabiq futbolçu Xabi Alonsonun klub üçün əhəmiyyətindən danışıb. 

AZXEBER.COM xəbər verir ki, hazırda "Real Madrid”i çalışdıran ispan mütəxəssis bu gün UEFA Çempionlar Liqasının 4-cü turunda məhz keçmiş komandasına qarşı rəqib olacaq. 

UEFA-nın rəsmi saytına danışan niderlandlı mütəxəssis rəqib komandanın baş məşqçisi haqqında fikirlərini bölüşüb:
 
"Xabi Alonso "Real”da çox yaxşı iş görür. O, "Liverpul”la Çempionlar Liqasını qazanmışdı və oyun tərzi ilə kluba böyük təsir göstərmişdi. Burada onu çox sevirlər və insan kimi də çox müsbət xatırlayırlar”.

Qeyd edək ki, bu gün – noyabrın 4-də Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turu çərçivəsində "Liverpul” "Enfild” stadionunda "Real Madrid”i qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
 
Zəfər Hacılı
OXŞAR XƏBƏRLƏR