Keçmiş məhkum Bakıda küçədə qadına hücum edib

Keçmiş məhkum Bakıda küçədə qadına hücum edib
SOSİAL
23:52 08.07.2019
8597
Bakıda qadına hucum olub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, A.Mustafayev küçəsi, ev 31-in qarşısında baş verib.

Qubadova Arzu Kərimqızı yaşadığı ünvanın qarşısında naməlum şəxsin hücumuna məruz qalıb. Qadına hücum edən naməlum şəxs dəyəri 340 manat olan sırğanı qulağından qopararaq qaçıb.

Keçirilən əməliyyat-axarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Tərtər rayon sakini, 1986-cı il təvəllüdlü Musayev Sadiq Ramiz oğlu olduğu müəyyən edilib və o, tutularaq Nəsimi rayon Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR