Keçmiş məhkum özünü hamamda asdı

Keçmiş məhkum özünü hamamda asdı
SOSİAL
10:58 01.03.2017
637

Yevlax rayonunda intihar hadisəsi baş verib.

Yevlax Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Xanabad kəndində baş verib. Kənd sakini, əvvəllər məhkum olunmuş, 1958-ci il təvəllüdlü Məmmədov Ümid Nizami oğlu özünü yaşadığı evin hamamında asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

///Trend
OXŞAR XƏBƏRLƏR