Yevlax rayonunda intihar hadisəsi baş verib.
Yevlax Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Xanabad kəndində baş verib. Kənd sakini, əvvəllər məhkum olunmuş, 1958-ci il təvəllüdlü Məmmədov Ümid Nizami oğlu özünü yaşadığı evin hamamında asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.
///Trend