Keçmiş milli qəhrəmanı öldürmək istəyən şəxs barədə ekspertiza təyin edildi

Keçmiş milli qəhrəmanı öldürmək istəyən şəxs barədə ekspertiza təyin edildi
SOSİAL
13:14 23.09.2022
259

Ağır Cinayətlər Məhkəməsində keçmiş milli qəhrəman Rasim Əkbərovu qətlə yetirməyə cəhddə təqsirləndirilən Xaliq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin vəsatəti dinlənilib.

Müdafiə tərəfi hesab edib ki, Xaliq Məmmədov cinayəti anlaqsız vəziyyətdə törədib.

Müdafiəçi onun barəsində məhkəmə tibbi ekspertizasının keçirilməsini istəyib.

Hakim vəsatəti təmin edib və təqsirləndirilən şəxsin anlaqsız olub-olmamasının yoxlanılması ilə bağlı ekspertiza keçirilməsi barədə qərar verilib.

Bu səbəbdən məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

İttihama görə, hadisə 2021-ci ilin sentyabrında Goranboy şəhərində baş verib. Xaliq Məmmədov Rasim Əkbərova bıçaqla bir neçə zərbə endirib.

Gəncədəki xəstəxanalardan birinə yerləşdirilən Rasim Əkbərovun həyatını xilas etmək mümkün olub.

Təqsirləndirilən Xaliq Məmmədov hadisəni yaxını olan bir qadına görə törətdiyini deyib. İstintaq orqanı tərəfindən Xaliq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

1957-ci ildə Goranboyda anadan olmuş Rasim Əkbərov 90-cı illərin əvvəlində elə bu rayondakı N saylı hərbi hissənin komandiri olub. O dövrdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi xidmətlərə görə 23 iyun 1992-ci ildə "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. 1 yanvar 1994-cü ildə isə "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

O, 90-cı illərin sonunda dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilən Rasim Əkbərovdan eyni zamanda, fəxri ad və ordeni də alınıb.

2001-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə R.Əkbərov "Azərbaycanın Milli Qəhrəmanı” adı və "Azərbaycan Bayrağı” ordenindən məhrum edilib, 2008-ci ildə Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Axios": ABŞ İranın Xarq adasında quru əməliyyatı ssenarisini araşdırır
09:05 16.03.2026
"Axios": ABŞ İranın Xarq adasında quru əməliyyatı ssenarisini araşdırır
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:42 16.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"