Keçmiş MTN polkovnikinə hökm oxunub

Keçmiş MTN polkovnikinə hökm oxunub
SİYASƏT
11:22 07.08.2017
1655
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, M. Əsgərov 1 il 6 ay rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı olan mülki iddia rədd edilib, əmlakları üzərindən həbs götürülüb. Onun mənzilində aparılan axtarış zamanı götürülən pullar da qaytarılacaq.
 
Qeyd edək ki, ötən iclasda prokuror çıxış edib. O, M. Əsgərovun 2 il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
İttihama görə, Mirəziz Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər ağır cinayətlərdə ittiham olunur.
 
Ona qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və xanımı çərşənbə tonqalı ətrafında - FOTOLAR
21:10 04.03.2025
Prezident və xanımı çərşənbə tonqalı ətrafında - FOTOLAR
İlham Əliyev D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul etdi
21:06 04.03.2025
İlham Əliyev D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul etdi
Peskov: Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır
20:46 04.03.2025
Peskov: Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır
Qonca Vuslateri Parisdə məşhur jurnalın üz qabığında - FOTOLAR
20:15 04.03.2025
Qonca Vuslateri Parisdə məşhur jurnalın üz qabığında - FOTOLAR
İftar vaxtı – 5 mart 2025: Ramazanın 5-cü günü
20:13 04.03.2025
İftar vaxtı – 5 mart 2025: Ramazanın 5-cü günü
Hikmət Hacıyev Fələstin səfirini qəbul etdi
20:08 04.03.2025
Hikmət Hacıyev Fələstin səfirini qəbul etdi
"Real" braziliyalı futbolçu ilə müqavilə müddətini uzadacaq
19:57 04.03.2025
"Real" braziliyalı futbolçu ilə müqavilə müddətini uzadacaq
Prezident Fuad Nağıyevə buna görə şiddətli töhmət verib - Cinayət işi açılacaq
19:48 04.03.2025
Prezident Fuad Nağıyevə buna görə şiddətli töhmət verib - Cinayət işi açılacaq
“Hizbullah” komandiri İsrailin PUA-nın zərbəsi nəticəsində öldürülüb
19:48 04.03.2025
“Hizbullah” komandiri İsrailin PUA-nın zərbəsi nəticəsində öldürülüb
"Antidepressant" plagiat çıxdı
19:37 04.03.2025
"Antidepressant" plagiat çıxdı
ABŞ Ukraynaya hərbi yardımı dayandırmaq qərarını NATO ilə məsləhətləşmədən verib
19:23 04.03.2025
ABŞ Ukraynaya hərbi yardımı dayandırmaq qərarını NATO ilə məsləhətləşmədən verib
"Mançester Yunayted" "Real"ın qapıçısını transfer etmək istəyir
19:12 04.03.2025
"Mançester Yunayted" "Real"ın qapıçısını transfer etmək istəyir
KİV: Qəzzanın bərpası 38 milyard dollara başa gələcək
18:51 04.03.2025
KİV: Qəzzanın bərpası 38 milyard dollara başa gələcək
Aİ Ermənistana yeni tranş ayırmağa hazırlaşdığını təsdiqləyib
18:44 04.03.2025
Aİ Ermənistana yeni tranş ayırmağa hazırlaşdığını təsdiqləyib
Aİ Avropanın təhlükəsizliyi və Ukrayna üçün 150 milyard avro təklif edir
18:29 04.03.2025
Aİ Avropanın təhlükəsizliyi və Ukrayna üçün 150 milyard avro təklif edir
İranın müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı
18:22 04.03.2025
İranın müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı