ABŞ-ın keçmiş müdafiə naziri və MKİ-nin keçmiş direktoru kimi Türkiyə ilə təmasda olan Leon Panetta İsrail-Fələstin müharibəsi ilə bağlı açıqlamalar verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Bloomberg-ə açıqlama verən Panetta İsrail ordusunun Qəzzada quru əməliyyatının mümkün ssenarilərinə diqqət çəkib.
Panetta açıqlamasında deyib:
"İsrailin quru əməliyyatında hər evə qarşı döyüşmək lazım gələcək. Quru əməliyyatlarının təhlükələri var. Burada problem odur ki, Qəzzaya girəndə evdən-evə döyüşməli olacaqsınız və sonda bunun baha başa gəlməsi mümkündür. Ancaq qarşı tərəfdən vəziyyətə baxdıqda İsrailin Qəzzada Həmas-ı əzmək lazım olduğuna dair bir qərar verdiyi aydın olur".
Xatırladaq ki, İsrail və Fələstin arasındakı münaqişədə indiyə qədər minlərlə insan həyatını itirib, xeyli sayda insan yaralanıb.
Mikayıl