Keçmiş nazir Ziya Məmmədovun milyardları müsadirə ediləcək?

Keçmiş nazir Ziya Məmmədovun milyardları müsadirə ediləcək?
SOSİAL
13:57 10.10.2018
5265

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, 15 il həbs cəzası almış Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın Londonda dəyəri 28.5 milyon dollar olan elit malikanəsinin məhkəmə qərarı ilə müsadirə edilməsi bu ölkədə çirkli pulların yuyulmasına qarşı sərt mübarizənin başlandığını göstərdi.

AZXEBER.COM xəbər verir ki, "Yeni Msüavat”ın yazdığına görə, növbəti hədəf sabiq nəqliyyat naziri Ziya Məmmədov və onun oğlu Anar Məmmədov ola bilər. Qəzet yazır ki, A.Məmmədov iki ilə yaxındır ki, Azərbaycanı tərk edib və Bakıya hələ də bilinməyən səbəblərdən qayıtmır. Məmmədovların  Avropanın bir sıra ölkələrində biznesləri olduğu təzə xəbər deyil.  Onlar bu illər ərzində Avropada müxtəlif adlarla şirkətlər yaradıblar ki, indi onların bəziləri hələ də fəaliyyət göstərir.

Britaniyada Məmmədovların  "BROOKWOOD INTERNATIONAL lIMITED” şirkəti olduğu rəsmi mənbələrlə təsdiqlənmiş məlumatdır. Şirkətin təsisçisi və direktoru A.Məmmədovdur. Şirkətin yerləşdiyi özəl mülkiyyət isə A.Məmmədov tərəfindən  hələ bir neçə il bundan əvvəl  2 milyon 700 min funt sterlinqə alınıb. Bir il əvvəl isə Məmmədovlar  bu malikanəni  9 milyon 500 min funta satışa çıxarmışdılar. Malikanənin yerləşdiyi küçə Londonun bahalı ərazilərindən hesab olunur. Malikanəni satılıb-satılmadığı məlum deyil. Bilinən həm də budur ki, Məmmədovların  rusiyalı və səudiyyəli oliqarxlarla Britaniyada şərikli daha bir neçə şirkətləri var.  A.Məmmədov son olaraq ölkəni tərk etdikdən sonra  onun Londondakı çox bahalı "One Hyde Park” yaşayış kompleksində mənzil aldığı xəbəri də yayılmışdı ki, bu günədək də təkzib olunmayıb.

Məmmədovlar ailəsinin xaricdə nə qədər əmlakı olduğuna dair dəqiq bilgi yoxdur, amma güman edilir ki, bu əmlak və şirkətlərin dəyəri bir neçə milyardla hesablana bilər.

İngiltərə bir neçə il bundan əvvələdək oliqarxlar üçün cənnət sayılırdı və bu ölkəyə yönləndirilən pulların mənbələri ilə rəsmi London maraqlanmırdı. Amma dünyada çirkli pulların yuyulmasına göz yuman ölkə  kimi tanınması Britaniyanı narahat etməyə başladı. İlk dəfə Zamirə Hacıyevaya tətbiq edilən həmin qanun əslində təxminən iki il əvvəl qəbul edilib, amma indi işləməyə başlayıb. Güman ki, varidatının mənbəyi  şübhəli olan bir neçə oliqarxın adı da artıq  "qara siyahı”ya salınıb. Bu sırada isə Məmmədovların olacağı gözləniləndir.  

Qeyd edək ki, sözügedən  qanunla Böyük Britaniyanın nəzarət orqanlarına 70 min dollardan yuxarı dəyəri olan şübhəli aktivlərə sahibi həmin pulun mənbəyini lazımi qaydada izah etməyənə qədər həbs qoymağa imkan verir. Britaniyanın  Milli Cinayət Agentliyinin hələ 2016-cı ildə yaydığı hesabatda bildirilirdi ki, Londonu çirkli pulların yuyulması və qanunsuz daşınmaz əmlakın alınması mərkəzinə çevirən şirkətlər və dövlətlər arasında Azərbaycanın da adı var.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Trampın avtomobillər və mallar üzrə tariflərin azaldılması tələbi ilə razılaşacaq
19:39 27.08.2025
Aİ Trampın avtomobillər və mallar üzrə tariflərin azaldılması tələbi ilə razılaşacaq
HƏMAS-ın yüksək vəzifəli şəxsi öldürülüb
19:28 27.08.2025
HƏMAS-ın yüksək vəzifəli şəxsi öldürülüb
İsrail HƏMAS-a qarşı əməliyyat keçirib, külli miqdarda vəsait müsadirə olunub
19:10 27.08.2025
İsrail HƏMAS-a qarşı əməliyyat keçirib, külli miqdarda vəsait müsadirə olunub
İtaliya millisinin heyətində Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
18:57 27.08.2025
İtaliya millisinin heyətində Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
İsrail Qəzzanın təxliyə edilməsini qaçılmaz hesab edir
18:39 27.08.2025
İsrail Qəzzanın təxliyə edilməsini qaçılmaz hesab edir
"Roma"nın yarımmüdafiəçisi A Seriyasının digər təmsilçisinə keçə bilər
18:27 27.08.2025
"Roma"nın yarımmüdafiəçisi A Seriyasının digər təmsilçisinə keçə bilər
Tramp: Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır
18:07 27.08.2025
Tramp: Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır
Atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə xəstəxanaya yerləşdirildi
17:52 27.08.2025
Atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə xəstəxanaya yerləşdirildi
Turizm eksperti: “Azərbaycana turist axınında azalma müşahidə olunur”
17:34 27.08.2025
Turizm eksperti: “Azərbaycana turist axınında azalma müşahidə olunur”
DOST Mərkəzindəki yanğın söndürüldü
17:23 27.08.2025
DOST Mərkəzindəki yanğın söndürüldü
Xırdalanda DOST Mərkəzi yanır
16:56 27.08.2025
Xırdalanda DOST Mərkəzi yanır
Mirzoyan: Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası planlaşdırılır
16:54 27.08.2025
Mirzoyan: Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası planlaşdırılır
Telefonunu götürmək üçün kanala girən gəncin meyiti tapıldı
16:36 27.08.2025
Telefonunu götürmək üçün kanala girən gəncin meyiti tapıldı
Zaqatalada qanunsuz sərnişindaşımaya qarşı tədbirlər keçirilib
16:32 27.08.2025
Zaqatalada qanunsuz sərnişindaşımaya qarşı tədbirlər keçirilib
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
16:24 27.08.2025
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
Dilarədən yayın son akkordları... - Fotosessiya
16:21 27.08.2025
Dilarədən yayın son akkordları... - Fotosessiya