Türkiyənin Niğde rayonunda 2017-ci ildə FETÖ/PDY ilə əlaqəsi olduğu iddiası ilə vəzifəsindən azad edilən prokuror Serhat Yağmuru zibillikdə başından silahla vuran 42 yaşlı A.A. barədə şok detalın üstü açılıb.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, məlum olub ki, keçmiş prokuror Serhat Yağmur vəzifədə olduğu illərdə bütün mal-mülkünü onu qətlə yetirən Adnan Akçinin adına keçirib.
Adnan Akçin iddiaya görə, 2 gün öncə, axşam saatlarında dostu olan keçmiş prokuror Serhat Yağmurla şəhərdən kənarda görüşüb. Onlar arasında naməlum səbəbdən başlayan mübahisə böyüyüb. Adnan Akçin üstündəki tapança ilə Serhat Yağmuru başından vuraraq öldürüb.